İndi duyuram, hər hekayə
Bitən sətir imiş
Qurduğumuz xəyallarımız
Bu da bir yalan imiş
Gecələr təklikdə duyuram səsini
Sənə görə həyat verdi dərsimi
İndi kimdən, söylə, çıxım bu hirsi?!
Ehtiraslı səyahətlərimiz
Qaldı keçmişimdə
İndi boğur gecələr xatirəmiz
Vurğunam təmənnasız
Ehtiraslı səyahətlərimiz
Qaldı keçmişimdə
İndi boğur gecələr xatirəmiz
Vurğunam təmənnasız
Məni bir daha sevməyə
Salma bu həvəsdən
Halımı soruş, nə olar
Nə olar, bir kəsdən
Gecələr təklikdə duyuram səsini
Sənə görə həyat verdi dərsimi
İndi kimdən, söylə, çıxım bu hirsi?!
Ehtiraslı səyahətlərimiz
Qaldı keçmişimdə
İndi boğur gecələr xatirəmiz
Vurğunam təmənnasız
Ehtiraslı səyahətlərimiz
Qaldı keçmişimdə
İndi boğur gecələr xatirəmiz
Vurğunam təmənnasız